"Real"ın daha bir oyunçusundan Ançelottiyə etiraz - Şəkillər

"Real"ın daha bir oyunçusundan Ançelottiyə etiraz - Şəkillər
XƏBƏR 7 Yanvar 2022 / 12:05 3871
-  A +

"Real"ın futbolçusu Dani Sebalyos oyun zamanı baş məşqçisi Karlo Ançelottiyə etiraz edib.

Qol.az xəbər verir ki, hadisə İspaniya kubokunun 1/16 final mərhələsinin "Alkoyano"ya qarşı matçında (3:1) baş verib. Görüşün 86-cı dəqiqəsində Sebalyos Rodriqonu əvəzləyərək meydana daxil olub. Lakin bundan bir qədər əvvəl Ançelotti meydanın kənarında duran oyunçuya bir qədər gözləməyi tapşırıb. Bu isə Sebalyosun etirazına səbəb olub. O, əl hərəkətləri edərək ehtiyat oyunçular skamyasına gedib və Eden Hazardın yanında oturub.

Qeyd edək ki, bu, "Real"da Ançelottidən ilk narazılıq deyil. Bu mövsüm "Qranada" ilə görüşdə İsko italiyalı mütəxəssisin isinmə hərəkəti etməklə bağlı tapşırığını yerinə yetirməyib. Bundan sonra o, Ançelottinin köməkçisi və oğlu Davidlə mübahisə edib.


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner