"Marsel"in heyətində daha 5 yoluxma

"Marsel"in heyətində daha 5 yoluxma
XƏBƏR 6 Yanvar 2022 / 17:48 1606
-  A +

"Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi "Marsel"in daha 5 futbolçusu koronavirusa yoluxub.

Qol.az xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb. Arkadiuş Milik, Stiv Mandanda, Jerson Santos, Alvaro Qonsales və Valenten Ronjyedə koronavirus aşkarlanıb. Adıçəkilən oyunçular son məşqdə məhz bu səbəbdən iştirak etməyiblər. 

Daha əvvəl "Marsel"in heyətində Pol Lirola və Konrad de la Fuente virusa yoluxub.

Qeyd edək ki, "Qarabağ" "Marsel"ə qarşı ilk oyununu fevralın 17-də səfərdə, cavab matçını isə bir həftə sonra Bakıda keçirəcək.


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner