Eriksenin arzusu

Eriksenin arzusu
XƏBƏR 5 Yanvar 2022 / 20:59 2726
-  A +

Danimarka millisinin futbolçusu, bir müddət əvvəl "İnter"dən ayrılan Kristian Eriksen karyerasını bitirmək niyyətində deyil.

Qol.az xəbər verir ki, bu barədə 30 yaşlı yarımmüdafiəçi özü açıqlama verib. O hələ də futbolla bağlı hədəflərinin olduğunu deyib: “DÇ-2022-də oynamağı çox istəyirəm. Geri dönməyi arzulayıram, bunu bacaracağıma da əminəm. Fiziki cəhətdən ən yaxşı formamı bərra etdiyimi deyə bilərəm”.

Qeyd edək ki, Eriksenin iyunun 12-də Danimarkanın Finlandiyaya 0:1 hesabı ilə uduzduğu Avropa çempionatının qrup mərhələsinin 1-ci tur oyunu zamanı ürəyi tutub. Bundan sonra təcrübəli yarımmüdafiəçinin ürəyində kardioverter-defibrillyator quraşdırılıb. O vaxtdan Eriksen rəsmi matçlarda bir daha meydana çıxmayıb. 


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner