Fransa millisinin üzvü İtaliya klubunda

Fransa millisinin üzvü İtaliya klubunda
XƏBƏR 5 Yanvar 2022 / 10:10 1706
-  A +

İtaliyanın “Fiorentina” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Qol.az xəbər verir ki, A seriyası təmsilçisi Fransanın “Lill” klubunun yarımmüdafiəçisi Jonatan İkoneni transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. “Fiorentina” 23 yaşlı hücumameylli yarımmüdafiəçi üçün Fransa klubuna 14 milyon avro ödəyib. Onunla 2026-cı ilin iyununa qədər müqavilə imzalanıb.

Jonathan İkone 2018-ci ildən “Lill”də çıxış edirdi. Konqo əsilli futbolçu Fransa yığmasında 4 matça çıxıb, 1 qol vurub.


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner