Mahirlə bağlı yeni iddia - Yunanıstan klubu...

Mahirlə bağlı yeni iddia - Yunanıstan klubu...
XƏBƏR 4 Yanvar 2022 / 16:07 7657
-  A +

"Legiya"nın futbolçusu Mahir Emrelini transfer etmək klublar sırasına daha biri əlavə olunub.

Qol.az www.pressaris.gr saytına istinadən xəbər verir ki, Yunanıstan Superliqası təmsilçisi "Aris" millimizin üzvü ilə maraqlanır. Bildirilib ki, hazırda yarımmüdafiəçi və hücumçu axtarışında olan klubun  yanvarda Mahiri transfer etməsi istisna deyil. "Aris"in 24 yaşlı hücumçunu birdəfəlik almaq hüququ ilə 6 aylıq icarəyə götürə biləcəyi vurğulanıb.

Qeyd edək ki, "Aris" hazırda Yunanıstan Superliqasında 7-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, M.Emreli  "Legiya" ilə yayda 3+1 illik müqavilə imzalayıb. "Legiya" fanatlarının Ekstraklasanın 18-ci turunda "Visla"ya 0:1 hesablı məğlubiyyətdən sonra komandanın bəzi legioner futbolçularına hücumu nəticəsində başından xəsarət alan millimizin üzvünün baş verənlərə görə Polşa təmsilçisindən ayrılmaq istədiyi yazılır. Onun adı Macarıstan klubları ilə də hallanır.


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner