"Qarabağ"ın futbolçusu İspaniyaya getdi - Şəkillər

"Qarabağ"ın futbolçusu İspaniyaya getdi - Şəkillər
XƏBƏR 4 Yanvar 2022 / 12:13 6134
-  A +

Hazırda çempionatda yaranan fasilə ilə əlaqədar istirahətdə olan "Qarabağ"ın futbolçusu Marko Veşoviç İspaniyaya gedib.

Qol.az xəbər verir ki, monteneqrolu futbolçu La Liqanın 19-cu turunun "Atletiko" - "Rayo Valekano" (2:0) matçını tribunadan izləyib.

Veşoviç millidən komanda yoldaşı olduğu, "Atletiko"nun müdafiəçisi Stevan Saviçin dəvətilə oyunu izləyib. Matçdan sonra isə Monteneqro millisinin üzvləri stadionda görüşüb.

O, bu səfəri ilə bağlı şəkilləri İnstaqram hesabında paylaşıb.


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner