Fransalı futbolçu "Neftçi" ilə vidalaşdı

Fransalı futbolçu "Neftçi" ilə vidalaşdı
XƏBƏR 2 Yanvar 2022 / 12:44 3166
-  A +

"Neftçi"dən ayrılaraq Fransa "Şatoru"suna keçən Romen Bask özünün "İnstaqram" hesabında paylaşım edib.

Qol.az xəbər verir ki, o, Bakı təmsilçisi ilə vidalaşıb: "İlk növbədə mənə Avropanın nüfuzlu yarışlarında iştirak etmək imkanı verən keçmiş klubum "Neftçi"yə təşəkkür edirəm. Bu klubda karyeram qısa, lakin təcrübə baxımından zəngin oldu. Fürsətdən istifadə edib hər zaman bizə dəstək olan "Neftçi" azarkeşlərini salamlayıram və onlara uğurlar arzulayıram. "Şatoru" ilə müqavilə imzaladığımız üçün qürur duyuram. Yeni çağırışa başlamağı səbirsizliklə gözləyirəm".

Qeyd edək ki, Romen Bask "Neftçi"yə bu mövsümün əvvəlində ölkəsinin "Havr" klubundan keçmişdi. O, "Şatoru" ilə 3 illik müqavilə imzalayıb.


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner