Ançelotti Modriçin qalacağını təsdiqlədi

Ançelotti Modriçin qalacağını təsdiqlədi
XƏBƏR 1 Yanvar 2022 / 22:32 1484
-  A +

"Real"ın baş məşqçisi Karlo Ançelotti mövsümün sonunda klubla müqaviləsi başa çatacaq futbolçuların gələcəyi ilə bağlı danışıb.

Qol.az xəbər verir ki, italiyalı mütəxəssis İspaniya mətbuatına açıqlamasında xorvatiyalı yarımmüdafiəçi Luka Modriçin komandada qalacağının dəqiqləşdiyini bildirib:

"Təkcə Modriç yox, müqaviləsinin sonu yaxınlaşan bütün futbolçularla danışıqlar gedir. Düzgün qərar verməyə çalışırlar. Mbappe? 30 iyun haqda düşünmək hələ tezdir".

Qeyd edək ki, Modriç 2012-ci ildə "Tottenhem"dən "Real"a keçib. Onun Madrid klubu ilə sözləşməsi bu ilin iyununa qədərdir.


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner