Mourinyo yeni ildən stadionlara buraxılmayacaq

Mourinyo yeni ildən stadionlara buraxılmayacaq
XƏBƏR 31 Dekabr 2021 / 17:28 5218
-  A +

İtaliya hökuməti 2022-ci ilin yanvarından başlayaraq idman və digər mədəni-kütləvi tədbirlərə yalnız "yaşıl" anti-kovid sertifikatı olan şəxsləri buraxacaq.

Bu sertifikatı almaq üçün ya tam vaksinasiyadan keçməli, ya da COVİD-19 xəstəliyindən sağalmalısan (bu, həmin şəxsi 105 gün vaksinasiyadan azad edir).

Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, yeni qayda "Roma"nın baş məşqçisi Joze Mourinyoya problem yaradacaq. Portuqaliyalı mütəxəssis nə peyvənd olunub, nə də koronavirusa yoluxub. Bu səbəbdən onun stadiona girişinə qadağa qoyulacaq.

Hazırda "Roma"nın hüquqşünasları Mourinyoya güzəşt olunması üçün iş aparırlar.


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner