Eriksen məşqlərə başladı

Eriksen məşqlərə başladı
XƏBƏR 31 Dekabr 2021 / 16:52 2490
-  A +

Hazırda azad agent olan futbolçu Kristian Eriksen məşqlərə başlayıb.

Qol.az xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira məlumat yayıb. O, Eriksenlə Danimarka, Niderland və İngiltərə klublarının danışıqlar apardığını da yazıb.

Qeyd edək ki, Eriksenin son klubu "İnter"i olub. Tərəflər dekabrın 17-də qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam veriblər. 

Qeyd edək ki, Eriksenin iyunun 12-də Danimarkanın Finlandiyaya 0:1 hesabı ilə uduzduğu Avropa çempionatının qrup mərhələsinin 1-ci tur oyunu zamanı ürəyi tutub. Bundan sonra təcrübəli yarımmüdafiəçinin ürəyində kardioverter-defibrillyator quraşdırılıb. O vaxtdan Eriksen rəsmi matçlarda bir daha meydana çıxmayıb. 


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner