Morata "Yuventus"dan ayrılır

Morata "Yuventus"dan ayrılır
XƏBƏR 31 Dekabr 2021 / 13:44 2582
-  A +

"Yuventus"un futbolçusu Alvaro Morata tezliklə komandadan ayrılmaq istəyir.

Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, ispaniyalı hücumçu "Yuventus" nümayəndələrinə bildirib ki, qış fasiləsində komandanı tərk etmək fikrindədir. 

Müqavilə ilə "Atletiko"ya məxsus olan 29 yaşlı forvard "Yuventus"da icarə əsasında çıxış edir. Bu mövsüm A seriyasında 18 oyuna çıxış Morata 5 qol vurub.

Qeyd edək ki, İspaniya millisinin üzvünü "Barselona" heyətinə cəlb etməyə çalışır.


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner