Azərbaycan Güləş Federasiyası 2021-ci ildə qazanılan medal sayını açıqlayıb.
Qol.az xəbər verir ki, ilin əsas yarışı olan Tokio Yay Olimpiya Oyunlarında qazancımız 1 gümüş və 2 bürünc medal olub. Yaponiyada Hacı Əliyev (65 kq) ikinci, Rafiq Hüseynovla Mariya Stadnik isə üçüncü yeri tutub. Dünya çempionatlarında ümumilikdə 31 (5 qızıl, 6 gümüş, 20 bürünc), Avropa çempionatlarında isə 39 (11 qızıl, 12 gümüş, 16 bürünc) medal əldə edilib. Bundan başqa, Kazanda keçirilən ilk MDB Oyunlarında güləşçilərimiz 16 dəfə bayrağımızı yüksəyə qaldırdı. İdmanın bu növündə 6 qızıl, 4 gümüş, 6 bürünc medal qazanıldı. Güləş başqa çoxşaxəli yarışlarda olduğu kimi, MDB Oyunlarında da ölkəmizin hesabına ən çox medal gətirən medal növü oldu.
Güləşçilərimiz ümumilikdə 2021-ci ildə nüfuzlu yarışlarda 89 (22 qızıl, 23 gümüş, 44 bürünc) medal qazandı. Bütün beynəlxalq turnirlər nəzərə alınmaqla qazancımız 143 medal oldu ki, bunların da 35-i qızıl, 42-si gümüş, 66-sı isə bürüncdür.
Komanda şəklində qazanılan uğurlar da az olmayıb. Makedoniyada keçirilən U-23 Avropa çempionatında sərbəst güləş üzrə millimiz 1 qızıl, 3 gümüş və 3 bürünc medalla 140 xal toplayaraq 3-cü yeri tutub. Güləşin bu növündə Almaniyada təşkil olunan gənclərin analoji yarışında da komandamız ilk “3-lüy”ü qapadı. Bu dəfə millimiz 3 qızıl, 1 gümüş medalla 119 xal əldə etdi. Gənc yunan-Roma güləşçilərimiz isə Rusiyada baş tutan dünya çempionatında eyni uğura imza atdı. “Klassiklər” 1 qızıl, 1 gümüş və 2 bürünc medalla 101 xal toplayaraq 3-cü yeri tutdu. Norveçdə keçirilən böyüklərin mundialında yunan-Roma güləşi üzrə millimiz 1 qızıl, 1 gümüş və 2 bürünc medalla 107 xal yığaraq dünya 3-cüsü oldu. Yeri gəlmişkən, Oslodakı nəticələrə əsasən, həm sərbəst, həm də yunan-Roma güləşi üzrə komandalarımız gələn il keçiriləcək Dünya Kubokunda iştirak hüququ qazandı.
Komanda nəticələrindən danışırıqsa, Bolqarıstanın Samokov şəhərində qazanılan tarixi uğuru xüsusilə qeyd etməliyik. Belə ki, yunan-Roma güləşi üzrə yeniyetmələrdən ibarət millimiz 4 qızıl və 3 bürünc medalla 153 xal topladı. Beləliklə, Azərbaycan güləş tarixində ilk dəfə bu yaş qrupu üzrə klassik güləşdə komanda hesabında Avropa çempionu olduq.
20 il sonra “Kamp Nou”da
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi
Növbəti mövsüm ÇL-də İngiltərənin 5 klubu iştirak edəcək
"Barselona" bu hücumçunu satacaq
"Marsel"in baş məşqçisinin evi qarət olundu
"Qarabağ"da iclas keçirildi - Şəkillər
Çempionlar Liqasında rekord qırdı
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
Son 4 mövsümün ən böyük hesabı
Azərbaycan çempionatlarının 21-ci əsrdəki rekordu yeniləndi
Azərbaycandakı amerikalıların 10-cu het-triki
Bəxtiyar Həsənalızadə: “Qələbədən başqa yolumuz yoxdur”
Arbeloa: "Münhendə "Real" qalib gələcək"
65 il sonra qayıtdılar
"Bavariya"nın Madrid zəfəri - Video
"Quba" "Şəki Siti" ilə üz-üzə
"Bavariya" "Real"a, "Arsenal" "Sportinq"ə qalib gəldi
6 qol və "Sabah"ın qələbəsi - Video
“Liverpul” "təmizləmə" işləri aparacaq