İtaliyada ilin ən yaxşısı

İtaliyada ilin ən yaxşısı
XƏBƏR 30 Dekabr 2021 / 17:59 1655
-  A +

İtaliyada 2021-ci ilin ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.

Qol.az xəbər verir ki, İtaliya Futbol Federasiyasının (FİGC) təsis etdiyi mükafata Federiko Kyeza layiq görülüb.

Səsvermə milli komandanın qeydiyyatdan keçmiş azarkeşləri arasında keçirilib. 8 mindən artıq respondentin qatıldığı sorğuda səslərin 46 faizini Kyeza toplayıb.

Qeyd edək ki,  Kyeza bu mövsüm 16 matçda 3 qol vurub və 3 qolun ötürməsini verib.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner