"Çelsi" zərərə uğradı

"Çelsi" zərərə uğradı
XƏBƏR 30 Dekabr 2021 / 16:27 2697
-  A +

“Çelsi” bu il üçün son maliyyə hesabatını açıqlayıb.

Qol.az xəbər verir ki, "zadəganlar" 2020/21 mövsümündə 145,6 milyon funt sterlinq zərərə uğrayıb. Paytaxt təmsilçisinin dövriyyəsi isə 387,8 milyondan 416,8 milyona qədər artıb. Buna teleyayımdan gəlirlər səbəb olub. “Çelsi”nin zərərə uğramasının əsas səbəbləri isə matçların azarkeşsiz keçirilməsi və futbolçu satışının azalmasıdır.

Qeyd edək ki, "Çelsi" hazırda Premyer Liqanın turnir cədvəlində 42 xalla 2-cidir. 


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner