"Legiya"nın idman direktorundan Mahirin gələcəyi ilə bağlı açıqlama

"Legiya"nın idman direktorundan Mahirin gələcəyi ilə bağlı açıqlama
XƏBƏR 29 Dekabr 2021 / 18:49 7061
-  A +

Millimizin futbolçusu Mahir Emreli "Legiya"dan ayrılmayacaq.

Qol.az xəbər verir ki, bu barədə Polşa klubunun yeni idman direktoru Yatsek Zelinski TVPSPORT-a müsahibəsində deyib. O bildirib ki, 24 yaşlı hücumçu ilə yanaşı,  Mateuş Veteska və Bartoş Sliş də Varşava təmsilçisində qalacaq: "Deyəsən, əsas komandadan heç kim getməyəcək. Bu günə olan vəziyyət belədir".

Qeyd edək ki, M.Emreli  "Legiya" ilə yayda 3+1 illik müqavilə imzalayıb. "Legiya" fanatlarının Ekstraklasanın 18-ci turunda "Visla"ya 0:1 hesablı məğlubiyyətdən sonra komandanın bəzi legioner futbolçularına hücumu nəticəsində başından xəsarət alan millimizin üzvünün baş verənlərə görə Polşa təmsilçisindən ayrılmaq istədiyi yazılır.


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner