"Real"a keçməyəcəyəm" - Mbappe

"Real"a keçməyəcəyəm" - Mbappe
XƏBƏR 29 Dekabr 2021 / 15:55 5166
-  A +

PSJ-nin futbolçusu Kilian Mbappe "Real" keçib-keçməyəcəyi barədə suallara cavab verib. 

Qol.az goal.com-a istinadən xəbər verir ki, Paris təmsilçisi ilə sözləşməsi mövsümün sonunadək nəzərdə tutulan 23 yaşlı hücumçu 4 gün sonra istənilən klubla rəsmi şəkildə danışıqlar aparmaq haqqına sahib olacaq. Lakin Mbappe hələ "Real"a getməyi düşünmədiyini deyib: 

"İndi gələcəyim haqqında danışmaq zamanı deyil. Sadəcə Çempionlar Liqasında fevral ayında "Real"la oynayacağımız matçlara köklənmişəm. Dəqiq olan bir şey var ki, bu mövsümün sonunadək PSJ-də olacağam. Yanvar ayında "Real"a keçməyəcəyəm. Azarkeşlərimizi möhtəşəm çempionluqla sevindirmək üçün hər şey etməyə hazıram". 


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner