"Marsel" - "Qarabağ" oyunu məhdud sayda azarkeşlə keçirilə bilər

"Marsel" - "Qarabağ" oyunu məhdud sayda azarkeşlə keçirilə bilər
XƏBƏR 28 Dekabr 2021 / 11:13 3067
-  A +

Konfrans Liqasının pley-off mərhələsinin Fransada keçiriləcək "Marsel" - "Qarabağ" ilk matçını məhdud sayda azarkeş izləyə bilər. 

Qol.az Fransa mətbuatına istinadən xəbər verir ki, buna səbəb Fransa hökumətinin 2022-ci il yanvarın 3-dən idman tədbirlərində azarkeş sayına tətbiq edəcəyi məhdudiyyətlərdir.
 
Qərara əsasən, qapalı məkanlarda 2 min nəfərdən, açıq havada isə 5 min nəfərdən çox tamaşaçı iştirak edə bilməz. Məhdudiyyətlərin qüvvədə olma müddəti barədə məlumat verilmir.
 
Qeyd edək ki, "Marsel" - "Qarabağ" oyunu fevralın 17-də keçiriləcək. Cavab görüşü isə fevralın 24-də Bakıda olacaq.
 


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner