Polşa millisini "Flamenqo"ya dəyişdi

Polşa millisini "Flamenqo"ya dəyişdi
XƏBƏR 27 Dekabr 2021 / 17:15 1671
-  A +

Polşa millisinin baş məşqçisi Paulu Souza istefa verib.

Qol.az xəbər verir ki, Polşa Futbol İttifaqının fəxri prezidenti Zbiqnev Bonek bu barədə Tvitter səhifəsində yazıb. O, karyerasını Braziliyanın "Flamenqo" klubunda davam etdirmək istəyən portuqaliyalı çalışdırıcını pula hərislikdə qınayıb: "Paulu Souza pulu ədəb və prinsiplərdən üstün tutur. Yəqin ki, reallıq hissini itirib".

Qeyd edək ki, Paulu Souza  2021-ci ilin yanvar Polşa yığmasına baş məşqçi təyin olunub. O, gələn aydan "Flamenqo"da işə başlayacaq.


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner