Vüsal Türkiyədə növbəti oyuna çıxdı

Vüsal Türkiyədə növbəti oyuna çıxdı
XƏBƏR 26 Dekabr 2021 / 21:52 2433
-  A +

Türkiyə 1-ci liqasında 19-cu turun oyunları keçirilir.

Qol.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi "Keçiörengücü" səfərdə "Ankaragücü"nün qonağı olub. Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:1. Start heyətində meydana çıxan Vüsal 79-cu dəqiqədə əvəzlənib. O, 36-cı dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

Bu nətəcədən sonra "Keçiörengücü" 19 xalla 16-cı pillədə qərarlaşıb. "Ankaragücü" 36 xalla 2-cidir.


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner