"Mançester Yunayted"in 18 yaşlı hədəfi

"Mançester Yunayted"in 18 yaşlı hədəfi
XƏBƏR 26 Dekabr 2021 / 16:28 1980
-  A +

"Mançester Yunayted" heyətinə yeni futbolçu qatmağa hazırlaşır.

Qol.az xəbər verir ki, klub "Bayer"in yarımmüdafiəçisi Florian Virtsi transfer etməyə yaxındır. İngilislər 18 yaşlı futbolçu üçün danışıqlara başlayıb. Almaniyalı futbolçunun transfer dəyəri 70 milyon avrodur. Hazırda onun Leverkuzen klubu ilə 2026-cı ilə qədər müqaviləsi var.

Qeyd edək ki, Florian ​"Bayer"də 68 matçda 17 qol vurub, 19 qolun ötürməsini verib.


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner