Salah, Mane...

Salah, Mane...
XƏBƏR 26 Dekabr 2021 / 15:57 4492
-  A +

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası 2021-ci ilin Afrika zonası üzrə rəmzi komandasını açıqlayıb.

Qol.az qurumun saytına istinadən xəbər verir ki, "11-lik"də aşağıdakı oyunçular yer alıb: 

Qapıçı: Eduard Mendi (Seneqal, "Çelsi").

Müdafiəçilər: Əli Maalul (Tunis, "Əl-Əhli"), Kalidou Koulibali (Seneqal, "Napoli"), Əşrəf Hakimi (Mərakeş, PSJ).

Yarımmüdafiəçilər: Frank Kesse (Kot-d'İvuar, "Milan"), İdrissa Qeye (Seneqal, PSJ), Amadu Aydara (Mali, "Leyptsiq").

Hücumçular: Sadio Mane (Seneqal," Liverpul"), Sebastyan Aller (Kot-d'İvuar, "Ayaks"), Məhəmməd Salah (Misir, "Liverpul"), Riyad Marez (Əlcəzair, "Mançester Siti").

Baş məşqçi: Pitso Mosimain (Cənubi Afrika, "Əl-Əhli").


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner