"Mançester Siti" daha 3 futbolçusunu satacaq

"Mançester Siti" daha 3 futbolçusunu satacaq
XƏBƏR 25 Dekabr 2021 / 15:55 3362
-  A +

“Mançester Siti” qış fasiləsində bir neçə futbolçusu ilə yolarını ayıracaq.

Qol.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “şəhərlilər” Ferran Torresdən başqa  müdafiəçilər Pedro Porro, Ko İtakura və yarımmüdafiəçi Morqan Rocersi satmaq niyyətindədir. Klub sözügedən oyunçular üçün təklifləri dəyərləndirməyə hazırdır. Hər üç oyunçu hazırda başqa komandada icarədədir və onların satışı “şəhərlilər”ə ümumilikdə 22 milyon funt sterlinq qazandıra bilər.

“Mançester Siti” rəhbərliyi transferlərdən əldə edəcəyi gəlir sayəsində yanvarda Dortmund “Borussiya”sının hücumçusu Erlinq Halandı almağa çalışacaq.

Əlavə edək ki, Ferran Torresin "Barselona"ya keçəcəyi gözlənilir. 


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner