“Arsenal” Obameyanqı satışa çıxardı

“Arsenal” Obameyanqı satışa çıxardı
XƏBƏR 23 Dekabr 2021 / 18:38 2950
-  A +

“Arsenal” futbolçusu Pyer-Emerik Obameyanqı satışa çıxarıb.

Qol.az ESPN-ə istinadən xəbər verir ki, London klubu qış transfer pəncərəsində qabonlu hücumçu üçün gələcək təklifləri dəyərləndirəcək. 

Obameyanq bir müddət əvvəl “Arsenal”da intizam qaydalarını pozduğu üçün kapitanlıqdan məhrum edilmiş və əsas komandadan kənarlaşdırılmışdı.

Qeyd edək ki, 32 yaşlı hücumçu ilə “Barselona” və Yuventus” yaxından maraqlanır. Onun Turin klubuna keçəcəyi gözlənilir.


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner