AMADA-nın 5 yaşı tamam olur

AMADA-nın 5 yaşı tamam olur
XƏBƏR 23 Dekabr 2021 / 11:26 1148
-  A +

"AMADA-nın yaranmasının 5 illiyini qeyd edirik".

Qol.az xəbər verir ki, bu fikirləri Azərbaycan Milli Antidopinq Agentliyinin direktoru Şəfəq Hüseynli (AMADA) 2021-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

AMADA rəsmisinin sözlərinə görə, hesabat dövrü ərzində 6 260 dopinq-testi həyata keçirilib: "Bunlardan 5 400-ü milli test proqramında gerçəkləşib".

Ş. Hüseynli bildirib ki, fəaliyyət müddətində 76 antidopinq qayda pozuntusu aşkarlanıb: "2016-cı ildə antidopinq qayda pozuntuları 4,5 faiz azalıb. 2021-ci ildə isə bu rəqəm 0,2 faiz olub. 2013 - 2016-cı illərdə Azərbaycan idmançıları beynəlxalq arenada 40, 2017 - 2021-ci illərdə isə 21 qayda pozuntusuna yol veriblər".


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner