Millimizin rəqibi Norveç və Finlandiya ilə qarşılaşacaq

Millimizin rəqibi Norveç və Finlandiya ilə qarşılaşacaq
XƏBƏR 22 Dekabr 2021 / 22:52 1355
-  A +

Millimizin UEFA Millətlər Liqasındakı rəqiblərindən olan Slovakiya yığması  2 yoldaşlıq oyunu keçirəcək.

Qol.az Slovakiya Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, Ştefan Tarkoviçin baş məşqçi olduğu komanda 2022-ci il martın martın 25-də Norveçlə, 4 gün sonra isə Finlandiya ilə üz-üzə gələcək. Qarşılaşmalar müvafiq olaraq Norveçin paytaxtı Osloda və İspaniyanın Mursiya şəhərində oynanılacaq.

Qeyd edək ki, Azərbaycan millisi Slovakiya ilə ilk oyununu 2022-ci il iyunun 10-da Bakıda, növbəti görüşü isə sentyabrın 22-də səfərdə keçirəcək.


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner