"Latsio" İmmobileni itirdi

"Latsio" İmmobileni itirdi
XƏBƏR 22 Dekabr 2021 / 12:18 1973
-  A +

“Latsio”nun hücumçusu Çiro İmmobile koronavirusa yoluxub.

Qol.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Komandadan təcrid olunan təcrübəli futbolçu karantinə alınıb. Onun A seriyasının növbəti turunda “Venetsiya”ya qarşı keçiriləcək matçda iştirak etməyəcəyi bildirilib.

Qeyd edək ki, İmmobile bu mövsüm “Latsio” formasıyla bütün turnirlərdə 21 oyuna çıxıb, 16 qol vurub.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner