Çerçesov Macarıstan klubunu çalışdıracaq

Çerçesov Macarıstan klubunu çalışdıracaq
XƏBƏR 20 Dekabr 2021 / 17:25 2305
-  A +

Rusiya millisinin sabiq baş məşqçisi Stanislav Çerçesovun yeni iş yeri müəyyənləşib.

Qol.az xəbər verir ki, 58 yaşlı mütəxəssis Macarıstanın "Ferentsvaroş" klubunu çalışdıracaq. Bu barədə Budapeşt təmsilçisinin rəsmi saytı məlumat yayıb. Onunla imzalanan müqavilənin müddəti açıqlanmayıb.

Qeyd edək ki, 2016-2021-ci illərdə Rusiya yığmasını çalışdıran Çerçesov Moskvanın "Spartak" və "Dinamo", "Terek", "Amkar" və Polşa "Legiya"sının da baş məşqçisi olub.


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner