Buskets bu göstəricidə Messiyə çatdı

Buskets bu göstəricidə Messiyə çatdı
XƏBƏR 20 Dekabr 2021 / 11:35 1602
-  A +

İspaniya La Liqasının 18-ci turunda “Elçe” ilə oyun (3:2) “Barselona”nın kapitanı Serxio Buskets üçün əlamətdar olub.

Qol.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi “Barselona” ilə rəsmi oyunlarda 459-cu qələbəsini qazanıb. Buskets qələbə sayında keçmiş komanda yoldaşı Andres İnyestaya çatıb.

“Barselona” ilə rəsmi matçlarda ən çox qələbə qazanan futbolçu isə Lionel Messidir. Hazırda PSJ-də çıxış edən argentinalı hücumçu Kataloniya təmsilçisi ilə 542 qələbə qazanıb.


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner