“Hər iki oyunun xeyrimizə olacağını düşünürəm. Uduzmuşuq deyə bəhanə axtarmıram, buna ehtiyac da duymuram. Meydanda olduğuma görə, gördüyüm nüanslara görə bu qənaətə gəlmişəm. Apreldən sonra biz milli komanda səviyyəsində heç bir oyun keçirməmişdik. 7 ay futzal üçün az vaxt deyil".
Qol.az xəbər verir ki, bu sözləri futzal millimizin qapıçısı Emin Kürdov Ukraynaya 1:5 hesabı ilə uduzduqları yoldaşlıq oyunundan sonra federasiyanın saytına açıqlamasında deyib.
"Oyunlara gəldikdə, hər iki oyun bir-birinin bənzəri oldu. İstər avtoqolların olması, istərsə də qapıçının meydan oyunçusu ilə əvəzlənməsi və qolun vurulması belə deməyə əsas verir. Hesabı bərabərləşdirdikən sonra hadisələri xeyrimizə dəyişə bilərdik. Təəssüf ki, avtoqol oldu və onlar üstünlük qazandılar. Daha sonra topu geri qaytarsam da, qol vurmağı bacardılar. Sonra isə beş oyunçu ilə meydanda olduğumuz vaxt qapımızda qol gördük" - deyə o bildirib.
E.Kürdov daha sonra vurğulayıb: "Əsas odur ki, Avropa çempionatında bu səhvləri etməyək, qolları buraxmayaq. İnanıram ki, onda idman xoşbəxtliyi də tərəfimizdə olacaq. Bu dəfə uğur bizdən üz döndərmişdi. Hesab 1:1 olan zaman üstünlük qolunu biz də vura bilərdik, amma əksi oldu. Ondan sonra sanki oyun “sındı”.
Əlbəttə, yoldaşlıq oyunu olsa da, doğma meydanda uduzmaq istəməzdik. İnşallah, final mərhələsində yaxşı nəticə qazanaraq həm xalqımızı sevindirərik, həm də uğurlarımızı davam etdirərik”.
Arne Slotdan etiraf
20 il sonra “Kamp Nou”da
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama