Millimiz Ukraynaya yenə məğlub oldu

Millimiz Ukraynaya yenə məğlub oldu
XƏBƏR 19 Dekabr 2021 / 19:49 2067
-  A +

Avropa çempionatının final mərhələsinə hazırlıq məqsədilə Bakıda təlim-məşq toplanışında olan futzal üzrə Azərbaycan milli komandası növbəti yoxlama oyununu keçirib. 

Qol.az xəbər verir ki, FHN-in İdman-sağlamlıq mərkəzində Ukrayna komandası ilə ikinci oyunda millimiz 1:5 hesabı ilə uduzub. Komandamızın heyətində Everton Kardoso fərqlənib.

Xatırladaq ki, bu komandalar arasında ötən gün keçirilən ilk görüşdə Ukrayna yığması 4:0 hesablı qələbəyə sevinmişdi.

19 dekabr
 
Azərbaycan – Ukrayna - 1:5
Qol:
Kardoso, 19:40 – Petro Şoturma, 5:39. Qalo, 22:11-avtoqol, Daniel Abakşin, 23:55. İqor Korsun, 31:55. Aleksandr Suxov, 39:00.


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner