Rüfət Dadaşovun komandasından heç-heçə

Rüfət Dadaşovun komandasından heç-heçə
XƏBƏR 19 Dekabr 2021 / 18:27 1896
-  A +

Almaniya 2-ci Bundesliqasında 18-ci turun oyunları keçirilir.

Qol.az xəbər verir ki, millimizin sabiq üzvü Rüfət Dadaşovun çıxış etdiyi "Şalke" səfərdə "Hamburq"la qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.

Rüfət bu görüşün iştirakçısı olmayıb. 30 yaşlı futbolçu qarşılaşmanı sonadək ehtiyat oyunçular skamyasından izləyib.

18 turdan sonra 30 xalı olan "Şalke" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.


Son xəbərlər
topaz banner