Ukrayna ilə keçirilmiş yoldaşlıq oyunundan sonra futzal millimizin hücumçusu Rafael Vilela federasiyanın saytına açıqlama verib.
Qol.az xəbər verir ki, o, 0:4 hesabı ilə uduzduqları matçda çox səhv etdiklərini deyib: “Ağır oyun oldu. Oyunu bizim üçün çətinləşdirən məqam meydanda bir-birimizi tam başa düşməməyimiz oldu. Bu da uzun müddətdir bir yerdə məşq etməməyimizlə, yoxlama oyunu keçirməməyimizlə bağlıdır. Bu gün çox səhv etdik. Rəqib futzalçılar da sərt oyuna üstünlük verdilər. Qırmızı vərəqə almağımız da oyunumuza pis təsir etdi. Ancaq sabah (bu gün) daha yaxşı oynayacağımızı düşünürük. Bunun üçün şansımız var. Artıq səhvlərimizi gördük. Çalışmalıyıq ki, ikinci dueldə bunları etməyək. Bir şeyə əminəm ki, qitə birinciliyində tam fərqli oyun göstərəcəyik.
Çoxlu səhvlər etməyimiz komanda yoldaşlarımın dediyi kimi, uzun müddət idi bir yerdə oynamamağımızla bağlıdır. Təsəvvür edin komanda şəklində 4-5 məşq keçdikdən sonra oyuna çıxdıq. Belədə keyfiyyətli oyun nümayiş etdirmək, səhv etməmək mümkün deyil. Bəlkə də səhvlərimizin olması bizim xeyrimizə olacaq. Vaxtında bunları gördük, aradan qaldırmaq üçün qarşıda xeyli zamanımız var. Ukrayna millisi də güclü sparrinqdir. Onlarla qarşılaşmağımız yaxşı oldu. Səhvlər adətən güclü rəqiblərlə oyunlarda ortaya çıxır”.
Arne Slotdan etiraf
20 il sonra “Kamp Nou”da
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı