“Napoli”nin futbolçusunun evi qarət olundu

“Napoli”nin futbolçusunun evi qarət olundu
XƏBƏR 19 Dekabr 2021 / 15:00 864
-  A +

“Napoli”nin futbolçusu Adam Unasın evi qarət olunub.

Qol.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Unas “Milan”la A seriyası matçı üçün səfərə yollanmazdan bir saat əvvəl klubun bazasından ayrılaraq evinə gedib. O, evdə iki soyğunçu ilə qarşılaşıb. Oğrular Unasdan 5 min avro pul və qızıl-zinyət əşyaları alıblar. 

Bu gün keçiriləcək “Milan” – “Napoli” matçına saat 23:45-də start veriləcək.


Son xəbərlər
topaz banner