Ronaldo daha bir klubun səhmlərini aldı

Ronaldo daha bir klubun səhmlərini aldı
XƏBƏR 19 Dekabr 2021 / 14:25 5563
-  A +

Braziliya millisinin sabiq üvü Ronaldo yeni klub alıb.

Qol.az xəbər verir ki, keçmiş hücumçu Braziliyanın “Kruzeyro” klubunun səhmlərinin 90 faizini alıb. Ronaldo bunun üçün 62 milyon avro ödəyib.

Ronaldo İspaniyanın “Valyadolid” klubunun da sahibidir.

Qeyd edək ki, Ronaldo 2011-ci ildə futbolçu karyerasını başa vurub. O, "Kruzeyro", PSV, "Barselona", "İnter", "Real", "Milan" və "Korintians"da çıxış edib. Ronaldo Braziliya millisi ilə iki dəfə dünya çempionu olub.


Son xəbərlər
topaz banner