Araz Abdullayevin komandası yenə uduzdu

Araz Abdullayevin komandası yenə uduzdu
XƏBƏR 19 Dekabr 2021 / 09:34 1279
-  A +

Kipr çempionatında 14-cü turun oyunları keçirilib.

Qol.az xəbər verir ki, millimizin üzvü Araz Abdullayevin çıxış etdiyi “Etnikos” doğma meydanda “Anortosis”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.

Araz bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

“Etnikos” 14 turdan sonra 8 xalla 12 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.


Son xəbərlər
topaz banner