"Oyunumdan heç vaxt razı deyiləm"

"Oyunumdan heç vaxt razı deyiləm"
XƏBƏR 18 Dekabr 2021 / 15:29 1907
-  A +

"Liverpul"un yarımmüdafiəçisi Tiaqo Alkantara oyunundan tam razı olmadığını etiraf edib.

Qol.az xəbər verir ki, o, klubun mətbuat xidmətinə açıqlamasında deyib: “Mən həmişə daha çox istəyən insanlardan biriyəm. Performansımdan heç vaxt razı deyiləm, həmişə daha çoxunu gözləyirəm. Təbii ki, mən "Liverpul" kimi kluba hər matçda qalib gəlməyə çalışmaq üçün gəlmişəm. Start heyətdə olsam, daha yaxşı olar.

Ötən mövsüm komandaya öyrəşmişdim, amma indi vəziyyət o qədər də asan deyil. Həyatımızın bu qəribə dövründə biz vəziyyətə uyğunlaşmalı və ondan ən yaxşı şəkildə çıxmağa çalışmalıyıq".


Son xəbərlər
topaz banner