Mahir üçün 1 milyon avro ödəməyə hazırdırlar

Mahir üçün 1 milyon avro ödəməyə hazırdırlar
XƏBƏR 18 Dekabr 2021 / 10:12 11314
-  A +

Macarıstan "MOL Fehervar"i millimizin və "Legiya"nın futbolçusu Mahir Emrelini transfer etmək istəyir.

Qol.az xəbər verir ki, bu barədə Polşanın "SportoweFakty.wp.pl" saytı məlumt yayıb. Bildirilib ki, Macarıstanın yüksək liqa təmsilçisi ilə  Varşava klubu arasında danışıqları bir neçə gündür  davam edir. Macarların 24 yaşlı hücumçu üçün 1 milyon avro ödəməyə hazır olduğu vurğulanıb.

"MOL Fehervar" Macarıstan çempionatında 16 turdan sonra 26 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Qeyd edək ki, "Legiya" fanatları Ekstraklasanın 18-ci turda "Visla"ya 0:1 hesablı məğlubiyyətdən sonra "Legiya"nın futbolçularına hücum edib. Nəticədə Mahir Emreli başından xəsarət alıb. O, hadisədən sonra Varşava təmsilçisində oyuna və məşqlərə çıxmır. Millimizin üzvünün "Legiya"dan ayrılmaqda qərarlı olduğu bildirilir.


Son xəbərlər
topaz banner