Çempionlar Liqasında və Avropa Liqasında qrup mərhələsinin ən yaxşı qolu müəyyənləşib.
Qol.az xəbər verir ki, bu barədə UEFA turnirlərin rəsmi sosial şəbəkə hesablarında paylaşım edib. PSJ-sinin futbolçusu Lionel Messinin 2-ci turda evdə "Mançester Siti" ilə görüşdəki dəqiq zərbəsi birinci yerə layiq görülüb. Argentinalı hücumçu sözügedən qarşılaşmanın 74-cü dəqiqəsində uzaq məsafədən qol vurub. Qalib azarkeşlər arasında səsvermədən sonra bəlli olub. Lionel Messinin qolu 22 faiz səs toplayıb.
Avropa Liqasında qrup mərhələsinin ən yaxşı qolu isə Şotlandiya "Seltik"inin futbolçusu Kyoqo Furuhasinin evdə Macarıstan "Ferentsvaroş"una 2:0 hesabı ilə qalib gəldikləri 3-cü tur matçındakı dəqiq zərbəsi seçilib.
“Pley-off”da final günü
İran idmançıları bəzi ölkələrə gedə bilməyəcək
Azərbaycan millisinə mükafat təqdim olundu - Video
Azərbaycan millisi FİFA seriyasının qalibi oldu
Münhen klubunu tərk edəcək
Umarali Raxmonaliyevin yığması qələbə qazandı