"Spartak"a yeni baş məşqçi təyin edildi

"Spartak"a yeni baş məşqçi təyin edildi
DÜNYA FUTBOLU 17 Dekabr 2021 / 11:53 3165
-  A +

"Spartak"ın (Moskva) yeni baş məşqçisi müəyyənləşib.

Qol.az klubun saytına istinadən xəbər verir ki, Ruy Vitoriyanın istefaya göndərilməsindən sonra boş qalmış baş məşqçi vəzifəsi Paolo Vanoliyə həvalə olunub. 49 yaşlı mütəxəssis son 4 ildə “İnter”, “Çelsi” və İtaliya A millisində Antonio Kontenin köməkçisi işləyib.

Xatırladaq ki, “Spartak” bir neçə gün əvvəl portuqaliyalı Rui Vitoriyanı istefaya göndərib. 

"Spartak" Rusiya Premyer Liqasında bu mövsümün ilk hissəsini 23 xalla 9-cu pillədə başa vurub.


Son xəbərlər