"Sabah"dan ilk

"Sabah"dan ilk
XƏBƏR 17 Dekabr 2021 / 10:30 16601
-  A +

“Sabah” tarixində ilk dəfə səfərdəki Premyer Liqa oyununda böyükhesablı qələbə qazanıb. 

Qol. PFL-in saytına istinadən xəbər verir ki, bu, mövsümün ilk yarısının son turuna təsadüf edib. Bakı klubu rəqib meydanında “Səbail”ə 3:0 hesabı ilə qalib gəlib. 2018-ci ildə Premyer Liqada debüt edən paytaxt klubu bunadək yalnız evdə böyük hesabla qələbə qazanmışdı. “Sabah” 46-cı səfər matçında ilk belə uğura imza atıb.

Qeyd edək ki, bu, bakılıların Premyer Liqada ümumilikdə 4-cü, mövsümdə 2-ci belə qələbəsidir.


Son xəbərlər
topaz banner