"Azərbaycan millisini yaxşı tanıyırıq" - Marek Hamşik

"Azərbaycan millisini yaxşı tanıyırıq" - Marek Hamşik
XƏBƏR 17 Dekabr 2021 / 10:14 1922
-  A +

“Qrupdakı rəqiblərlə daha əvvəl qarşılaşmışıq. Deyə bilərik ki, onların hamısı keçmiş SSRİ ölkələridir".

Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu sözləri  Slovakiya millisinin kapitanı Marek Hamşik UEFA Millətlər Liqasının püşkünü dəyərləndirərkən deyib.

Slovakiya C Liqasında Belarus, Azərbaycan, eləcə də Qazaxıstan-Moldova cütünün qalibi ilə birgə 3-cü qrupda mübarizə aparacaq.

Hamşik Belarus və Azərbaycan yığmalarını yaxşı tanıdıqlarını söyləyib: "Qrupda tanımadığımız yeni rəqib yer alacaq. Bu ya Qazaxıstan, ya da Moldova millisi olacaq. Münasib qrupa düşdüyümüzü düşünürəm. Biz mütləq favoritik və 1-ci yer uğrunda mübarizə aparacağıq”.


Son xəbərlər
topaz banner