İtaliya - Argentina oyununun vaxtı açıqlandı

İtaliya - Argentina oyununun vaxtı açıqlandı
XƏBƏR 16 Dekabr 2021 / 15:11 3984
-  A +

Əfsanəvi futbolçu Dieqo Maradonanın xatirəsinə həsr olunmuş İtaliya və Argentina yığmaları arasında yoldaşlıq oyununun vaxtı açıqlanıb.

Qol.az xəbər verir ki, bu barədə “La Gazetta dello Sport” nəşri məlumat yayıb. Maradonanın xatirəsinə həsr olunan oyun 2022-ci il, iyunun 1-də olacaq.

Qeyd edək ki, Maradona ötən il noyabrın 25-də ürək tutmasından dünyasını dəyişib. 


Son xəbərlər
topaz banner