“Legiya” azarkeşlərinin komandanın əcnəbi futbolçularına hücumunun təfərrüatı məlum olub. Hadisə ötən bazar günü “Plotsk”la 18-ci turun səfər oyunundan sonra baş verib. Bu görüşdə Varşava təmsilçisi 0:1 hesabı ilə uduzub, nəticədə hazırkı çempion turnir cədvəlində sonuncu – 18-ci pilləyə düşüb.
“Legiya” Avropa Liqasında da mübarizəni dayandırıb. Komandanın yerli çempionatdakı çıxışı isə radikal fanatların hiddətinə səbəb olub.
Qol.az Polşa mətbuatına istinadla xəbər verir ki, onlardan bir qrupu komanda avtobusla bazaya gedərkən futbolçulara hücum edib. Üzü maskalı həmin azarkeşlərin avtobusa daxil olaraq futbolçulara xəsarət yetirdiyi iddia edilib. Onların sırasında ən çox legionerlər Rafael Lopes, Lukinyas və milli komandamızın hücumçusu Mahir Emrelinin xəsarət aldığı bildirilib. Hadisədən sonra azərbaycanlı oyunçunun xəstəxanaya aparıldığı və ona tibbi yardım göstərildiyi də qeyd edilib. Həkimlər Mahirə iki gün yataq rejimində qalmağı məsləhət görüblər.
Bu gün isə Polşa mediası Mahir və digər oyunçu Lukinyasın “Legiya”nın dünənki məşqinə çıxmadığını, bu axşam isə futbolçumuzun “Zaqlembe” ilə qarşı keçiriləcək oyunu buraxacağını yazıb. Emrelinin başından xəsarət aldığı (şişdiyi) bildirilir.
Baş verənlərlə bağlı M.Emrelinin fikirlərini öyrənmək mümkün olmayıb. Amma Mahirin komanda yoldaşı olan Lukinyasın agenti Pedro Torrao sportfakty.wp.pl saytına hücum hadisəsinin baş verdiyini təsdiqləyib.
“Bu olanlar qəbuledilməzdir. Biz bunu pisləyirik. Lukinyas çox qorxub və məyusluq içindədir” – deyə o bildirib. O, “Legiya” ilə futbolçu arasında müqavilənin ləğv olunmasının mümkünlüyü barədə suala belə cavab verib: “Bu haqda danışmaq tezdir”.
Bu arada Polşa mediası Mahir Emrelinin “Legiya” ilə müqaviləni ləğv etmək istədiyini yazıb. Amma bu xəbərlər hələlik nə təsdiq, nə də təkzib olunub.
Hadisədən sonra “Legiya”nın idman direktoru Radoslav Kuxarski Mahir Emrelini ziyarət edib.
Qeyd edək ki, “Legiya”nın bu yay heyətinə cəlb etdiyi M.Emreli hazırkı mövsüm bütün turnirlərdə 11 qol vurub və komandasının bombardiridir.
Bu ilin ən çox qazanan futbolçuları kimlər oldu?
"Dünyanın ən yaxşı hücumçularından biridir"
"Arsenal" yenidən lider oldu
"Real" hələ də ideal əvəzləyicini tapa bilmir
Ronaldo dubl etdi, komandası qələbə seriyasını qorudu
"Neftçi" Ukrayna klubunun futbolçusu ilə maraqlanır
Zirkzeyə "Roma"dan təklif gəldi
"Neftçi"nin futbolçusu oynadı, yığması qələbə qazandı
"Mançester Siti" liderliyə yüksəldi
"Fiorentina" səfərdə məğlub oldu
"Marsel" hücum xəttini gücləndirmək üçün hərəkətə keçdi
"Mançester Siti" onu satışa çıxardı
"Milan"dan Menyana rəsmi təklif
"Napoli" "Real"ın bu futbolçusunu istəyir
Qvardiola mümkün transferlər haqda
Bir oyun belə keçirmədən yeni klubunda rekorda imza atdı
"Barselona"nın yeni müdafiəçi planı
Bellinqem üçün sərvət ödəməyə hazırdırlar
"Yuventus"da Kenan Yıldız sevinci
Millimizin üzvləri uşaq sığınacağını ziyarət etdilər
“Real” Zidanı qaytarırmı?
Federasiya prezidentinə qarşı korrupsiya ittihamı
İlin ən yaxşı məşqçilərinin reytinqi
"Mançester Yunayted"in qələbə qolu - Video
Mərakeş qələbəni əldən verdi
“Mançester Yunayted” “Nyukasl”ı məğlub etdi
Salahın qolu Misirə qələbə qazandırdı - Video
“Traktor” səfərdə xal itirdi
Avropanın rəmzi komandasında kimlər var?
Ən yaxşılar bəlli oldu: "Bavariya", "Arsenal"...
"Benfika"dan "Barselona"ya keçidi çətinləşdi
Salah qol vurdu, Misir millisi liderliyə yüksəldi
Levandovski ərəb klubuna gedir?
Fransa millisinin sabiq məşqçisi vəfat etdi
“Beşiktaş” 2 futbolçusunu heyətdən kənarlaşdırdı
"Liverpul" İsakın əvəzləyicisini axtarır
Baş məşqçi klubu tərk etməyə hazırlaşır
Ülvi Babayev klubunu dəyişir