Mahir "Legiya"da məşqə çıxmadı

Mahir "Legiya"da məşqə çıxmadı
XƏBƏR 15 Dekabr 2021 / 10:28 3860
-  A +

Polşanın "Legiya" klubunda çıxış edən millimizin hücumçusu Mahir Emreli komandanın ötən gün keçirilən məşqində iştirak etməyib.

Qol.az Polşa mətbuatına istinadən xəbər verir ki, Mahirlə yanaşı, braziliyalı yarımmüdafiəçi Lukinyas da məşqə qatılmayıb.

Onların çempionatın son turunda Plotsk "Visla"sına məğlubiyyətdən (0:1) sonra azarkeş hücumu nəticəsində xəsarət aldıqları üçün məşqə çıxmadıqları bildirilib.

Xatırladaq ki, "Legiya" fanatları "Vilsla" ilə oyundan sonra Varşava təmsilçisinin avtobusuna girərək futbolçulara hücum edib.


Son xəbərlər
topaz banner