"Qalatasaray" Türkiyə Superliqasının 16-cı turunda "Sivasspor"la matçda (0:1) zədələnən qapıçısı Fernando Musleranın son durumu ilə bağlı açıqlama yayıb.
Qol.az İstanbul təmsilçisinin saytına istinadən xəbər verir ki, uruqvaylı qolkiperin sol dizinin yan bağlarında şiddətli yırtıq, ön çarpaz bağında isə dartılma aşkarlanıb. Onun müalicəsinə başlanıldığı bildirilib.
35 yaşlı qapıçının 6-8 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
“Pley-off”da final günü
İran idmançıları bəzi ölkələrə gedə bilməyəcək
Azərbaycan millisinə mükafat təqdim olundu - Video
Azərbaycan millisi FİFA seriyasının qalibi oldu
Münhen klubunu tərk edəcək
Umarali Raxmonaliyevin yığması qələbə qazandı