"Yaşadıqlarım sadəcə inanılmazdır" - Rüfət Dadaşovdan paylaşım

"Yaşadıqlarım sadəcə inanılmazdır" - Rüfət Dadaşovdan paylaşım
XƏBƏR 14 Dekabr 2021 / 13:42 4678
-  A +

Millimizin sabiq üzvü Rüfət Dadaşov "Şalke"nin əsas heyətində debüt etməsilə bağlı paylaşım edib.

Qol.az xəbər verir ki, o, özünün "İnstaqram" hesabında bununla bağlı yazıb:

"Son bir neçə həftə ərzində yaşadıqlarım sadəcə inanılmazdır. 30 yaşında 2-ci Bundesliqada debüt etmək şansı qazanmaq, özü də “Şalke” kimi möhtəşəm klubda bunu etmək sadəcə heyrətamizdir. Bunu mənim üçün mümkün edən hər kəsə təşəkkür edirəm! Həmçinin U-23 heyətindəki komanda yoldaşlarıma da minnətdaram. Xəyallarınızı yaşayın, özünüzə inanın və onlar üçün mübarizə aparın!".

Qeyd edək ki, R.Dadaşov 2-ci Bundesliqanın 16-cı turunda “Sankt-Pauli” və 17-ci turda “Nürnberq”lə görüşlərdə meydana çıxıb.
 


Son xəbərlər
topaz banner