Futzal üzrə Avropa çempionatının final mərhələsində iştirak edəcək Azərbaycan millisi dekabrın 18-də və 19-da beynəlxalq yoxlama oyunları keçirəcək.
Qol.az xəbər verir ki, hər iki matçda komandamız Ukrayna yığması ilə üz-üzə gələcək.
Millimiz artıq hazırlıq prosesinə başlayıb, dünən isə matçın keçiriləcəyi məkanda parket üzərinə çıxıb. Hazırlıq prosesi və rəqiblə bağlı komandamızın aparıcı üzvlərindən İsa Atayev federasiyanın rəsmi saytına açıqlama verib.
“Hazırlığa yaxşı başlamışıq. Komandada atmosfer yaxşıdır. Çalışırıq baş məşqçinin tələblərini yerinə yetirək. Alesionun əsas istəyi nizam-intizama riayət etməkdir. Məşq prosesində də buna diqqət edirik.
Dünən oyunun keçiriləcəyi FHN-in İdman-Sağlamlıq mərkəzində məşq etdik. İlk dəfə idi bu zalda məşqə çıxırdıq. İdman qurğusu, şərait haqda ancaq yaxşı sözlər söyləmək olar. Doğma meydanda oynamağın da bu kimi avantajı var".
O, rəqibləri Ukraynanın da Avropa çempionatının final mərhələsinə hazırlaşdığını vurğulayıb: "Bu komanda ilə bir neçə dəfə qarşılaşmışıq. Avropanın güclü kollektivlərindən hesab edilirlər. Ən əsası, onlar sabit çıxışları ilə seçilirlər. Final mərhələsində də daim iştirak etmələri bunun göstəricisidir. Heyətləri açıqlanıb, 3 futzalçı daha çox tanışdır. Söhbət təxminən 1 ay əvvəl qarşılaşdığımız “Uraqan”ın üzvlərindən gedir. Bilirsiniz ki, “Araz” (Naxçıvan) Çempionlar Liqasının əsas mərhələsində həm də Ukrayna çempionu ilə üz-üzə gəlmişdi. Həmin klubun 3 futzalçısı bu gün Ukrayna millisinin heyətində yer alır.
Əlbəttə, yoxlama oyunlarında nəticədən çox komandanın hazırlıq durumu yoxlanılır, səhvlər aşkarlanır. Demirəm, nəticə heç kimi maraqlandırmır. İstənilən oyunda qələbə psixoloji baxımdan əlavə üstünlük qazandırır. Həm qələbə qazanmalı, həm də Avropa çempionatının final mərhələsinə hazırlığımızı yoxlamalıyıq. İnanıram ki, istədiyimizi əldə edəcəyik”.
Həm oyun nəticələri, həm maliyyə göstəriciləri pisləşir
Həftənin hakimləri açıqlandı
Xankəndidə vurulan qollar - Video
“Messiyə belə yox deyərdim”
38 ildən sonra doğma stadionuna qayıtdı
Bu gün Xankəndidə yaşananlar - Şəkillər
“Real”ın ən yaxşısı seçildi
Veteran futbolçu Xankəndi ilə bağlı xatirələrini bölüşdü
“Bu stadionda çox qollar vurmuşam” - Samir Ələkbərov
“Gələn mövsüm çempionluq üçün mübarizə aparacağıq” - Nəcəfov
Tarixi oyunda topa ilk toxunuşu şəhid övladı etdi - Şəkil
“Xankəndi” doğma stadionda ilk oyununa çıxdı
“Real” Tçuameni ilə müqaviləni uzatdı
Azərbaycan millisinin heyəti açıqlandı
Hakimə daş atan futbolçu 8 il futboldan uzaqlaşdırıldı
Kompani səhhətindəki problemlərdən sonra ilk dəfə danışdı
“Real”ın sabiq futbolçusu karyerasını başa vurdu
“Millimizə sürətli vingerlər lazımdır” – Mircavadov
"Sabah”ın futbolçusu məyusluğunu gizlətmədi
Millimizin üzvləri məktəblilərlə görüşdü - Şəkillər
PSJ-dən Markinyos qərarı
İnfantino gizli danışıqlar aparıb
Avropa Klublar İttifaqı UEFA-dan şikayət etdi
Kvaratsxeliya 2026-cı ilin adamı seçildi
"Real" pankarta görə cərimələndi
İtaliya klubu itlə müqavilə bağladı - Şəkil
Kloppun keçmiş köməkçisi baş məşqçi oldu
Avropa çempionatı: Daha 4 boksçumuz 1/4 finalda
Arda Güler “Real”la yeni müqaviləsindən danışdı
Cəzalı olsa da, millinin toplanışını yarımçıq qoymadı
İlin ən yaxşı klubuna namizədlər bilindi
Bellinqemin “Real”dan tələbləri var
Qvardiolanı ABŞ millisinə dəvət etdi
“Qarabağ” Qazaxıstan klubu ilə qarşılaşdı
Premyer Liqada hakimlər 6 səhv qərar verdi
“Arsenal” onların müqaviləsini yeniləyir
“Mançester Yunayted” FİFA-ya şikayət etməyə hazırlaşır
Kompani yenidən iş başında
“Qalatasaray” azarkeşlərə təzminat ödəyə bilər
DÇ-2030-da məcburi su fasilələri olacaq?
2-ci liqada 11 oyunun saatı açıqlandı
Azərbaycan cüdoçularının DÇ-dəki ilk rəqibləri məlum oldu
Azərbaycan millisi FİFA reytinqində 3 pillə irəlilədi