Prezidentdən Şahruddinə dəstək

Prezidentdən Şahruddinə dəstək
XƏBƏR 14 Dekabr 2021 / 11:09 6293
-  A +

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Qarabağ”ı qəbul edərkən komandanın qapıçısı Şahruddin Məhəmmədəliyevlə də görüşüb. 

Klubun mətbuat xidmətindən Qol.az-a verilən məlumata görə, ölkə başçısı qolkiperə dəstək olub və bu sözləri deyib: “Sən yaxşı qapıçısan. Cəsarətlisən”. 

Qeyd edək ki, Şahruddin Konfrans Liqasının qrup mərhələsinin 5-ci turunda “Omoniya” ilə görüşün sonunda kobud səhvə yol vermiş, buna görə azarkeşlərin tənqidi ilə qarşılaşmışdı.


Son xəbərlər
topaz banner