Millimizin futbolçusu Mahir Emreli "Legiya"dan ayrılmaq istəyir.
Qol.az "Sportfakty" saytına istinadən xəbər verir ki, 24 yaşlı hücumçu Polşa çempionatının 18-ci turunda Plotsk "Visla"sına 0:1 hesabı ilə uduzduqları matçdan sonra azarkeşlərin hücumuna məruz qaldığı üçün bu addımı atmağı qərara gəlib.
Onun müqaviləni ləğv etmək variantını ciddi şəkildə düşündüyü bildirilir. Hətta millimizin üzvünün bununla bağlı vəkillərlə əlaqə saxladığı vurğulanıb.
Qeyd edək ki, tibbi müayinədən keçmək üçün xəstəxanaya yollanan Emreliyə həkimlər 2 günlük istirahət tövsiyə edib. Buna görə onun "Zaqlembe" ilə matçda iştirakı gözlənilmir.
Xatırladaq ki, azarkeşlər "Visla" ilə oyundan sonra "Legiya"nın futbolçularına hücum edib. Nəticədə Mahir Emreli komanda yoldaşı Lukinyasla birlikdə xəsarət alıb.
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər