Namiq Ələsgərovun baş məşqçisi istefaya göndərildi

Namiq Ələsgərovun baş məşqçisi istefaya göndərildi
XƏBƏR 13 Dekabr 2021 / 12:52 1809
-  A +

Millimizin üzvü Namiq Ələsgərovun çıxış etdiyi Türkiyənin “Bursaspor” klubu baş məşqçisi Özcan Bizati ilə yollarını ayırıb.

Qol.az xəbər verir ki, bu barədə 1-ci liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Onunla müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.

Bu, “Bursaspor”da mövsüm ərzində üçüncü baş məşqçi istefasıdır. Mövsümün əvvəlində komandanı Mustafa Er, daha sonra isə Fatih Təkkə çalışdırmışdı. Bizati isə bu ilin sentyabr ayında baş məşqçi təyin edilmişdi.

Qeyd edək ki, "Bursaspor" hazırda 18 xalla 19 komanda arasında 14-cü pillədə qərarlaşıb.


Son xəbərlər
topaz banner